...

Payızda ARDNŞ dəniz yatağında yeni neft quyusunu istismara verəcək

Energetika Materials 8 Avqust 2008 18:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 avqust/ Trend , müxbir E.İsmayılov/ Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) "Bail limanı"dəniz qazma işləri Idarəsi iki ay ərzində "Günəşli-15" platformasında yeni neft istismar quyusunun qazılmasını başa çatdırmağı planlaşdırır, - cümə günü İdarədən bildiriblər.

Quyunun layihə üzrə dərinliyi 3950 metrdir.

"İşlər yaxşı templə getsə, quyunu iki aydan sonra təhvil verəcəyik", - idarədən bildiriblər.

Yeni quyuların qazılması ARDNŞ-nin 2008-2010-cu illər üçün "Günəşli"dəniz neft-qaz yatağını işləyən "28 May"Neft-Qaz Çıxarma Idarəsinin inkişafı üçün təsdiq etdiyi yeni proqram çərçivəsində həyata keçirilir. Proqram çərçivəsində neft hasilatının stabilləşdirilməsi və  təbii qazın hasilat həcminin artırılması nəzərdə tutulub.

Proqram yeni obyektlərin tikintisini, qazma işlərinin həcmini artırılmasını, platformanın ümumi təmirini dz c. nəzərdə tutur.

"Günəşli" ARDNŞ-nin müstəqil işlədiyi ən böyük neft-qaz yatağıdır. ARDNŞ-nin hasil etdiyi qazın 60 faizi və ümumi qazın həcminin 70 faizi bu yatağın payına düşür.

Xəbər lenti

Xəbər lenti