...

Bakı - Supsa neft boru kəməri partlayıcı maddələrin olması ilə bağlı yoxlamadan sonra işləməyə başlayacaq (video)

Energetika Materials 20 Sentyabr 2008 13:16 (UTC +04:00)
Bakı - Supsa neft boru kəməri partlayıcı maddələrin olması ilə bağlı yoxlamadan sonra işləməyə başlayacaq (video)

Azərbaycan, Bakı, 20 sentyabr/ Trend , müxbir E.İsmayılov/їBakı - Supsa neft boru kəməri, gürcü tərəfi boru kəmərinin Gürcüstan hissəsində partlayıcı maddələrin mövcudluğu ilə bağlı aparılmış yoxlamanın sənədlərini təqdim etdikdən sonra işləməyə başlayacaqї, - şənbə günü Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib. Bakı - Supsa texniki cəhətdən işə tam hazırdır.

їTexniki cəhətdən biz hazırıq, yalnız bəzi bürokratik maneələr qalıbї, - Abdullayev bildirib.

BP şirkəti Bakı - Supsa neft boru kəməri üzrə neft ixracını avqustun əvvəlində gürcü-osetin münaqişəsinin (Supsa Gürcüstanın Qara dəniz sahilində yerləşir) başlaması ilə əlaqədar dayandırıb. Limandan neftin ilk hissəsi bu həftənin sonunadək göndərilməlidir. Boru 2006 -cı ildən təmirdə olub.

Bakı - Supsa boru kəmərinin operatoru BP - nin operatoru olduğu Azərbaycan Əməliyyat Şirkətidir (ABƏŞ). Boru kəməri üzrə iş dayandırılmamışdan əvvəl Bakı - Supsa ilə ABƏŞ-in їAzəri - Çıraq - Günəşliїyataq blokunda hasil etdiyi yüngül neft göndərilib.  

Xəbər lenti

Xəbər lenti