...

Azərbaycanın ixracının strukturunda neft məhsulları üstün mövqelərini qoruyublar

Energetika Materials 2 Oktyabr 2008 19:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 oktyabr/ Trend , müxbir N.İsmayılova/ 2008 - ci ilin yanvar -iyunu ərzində Azərbaycandan $16,5 mlrd. həcmində neft məhsulları ixrac edilib ki, bu da ölkənin ümumi ixracatının 96 faizini təşkil edir, - Milli Bankın açıqladığı ödəmə balansında bildirilir. Hesabatda neft məhsullarının üstün mövqelərini saxladığı göstərilir. 2007-ci ilin analoji dövrü ilə müqayisədə, neft məhsullarının ixracı 1,9 dəfə artıb.

İxrac edilmiş neft məhsullarının ümumi həcmindən $1,1 mlrd. neft emalı məhsulları,

$15,4 mlrd. isə xam neftin payına düşür. Bununla yanaşı, $14,9 mlrd. ABƏŞ-i n hasil etdiyi xam neftin payına düşür. Bunun $7,3 mlrd.-ı Azərbaycanın payına düşən mənfəət nefti, $7,6 mlrd.-ı isə iri neft şirkətlərinin ölkədə neft - qaz layihələrinə yatırdıqları birbaşa sərmayələrin hesabına repatriasiya etdikləri xammaldır.  Dövlət Neft Şirkəti və digər müəssisələr ölkədən xaricə $0,5 mlrd. məbləğdə xam neft çıxarıblar.

Diqqətəlayiq faktdır ki, qeyri - neft sektorunun payına düşən ixrac mallarının ümumi dəyəri 17,5 faiz - $674,3 mln.- dək artıb. Bu artım qara və əlvan metalların, maşınqayırma və kənd təsərrüfatı məhsullarının ixracı hesabına təmin edilib.

Birinci yarımildə ixrac 1,9 dəfə - $17,2 mlrd.-dək artıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti