...

"Azərenerji" yanvar - sentyabrda elektrik enerjisi istehsalının həcmini açıqlayıb

Energetika Materials 6 Oktyabr 2008 16:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 oktyabr / Trend / Cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda təqribən 15,7 mlrd. kVt/saat elektrik enerjisi istehsal olunub. Bu göstərici 2007-ci ilin analoji dövründə təqribən 15,8 mlrd. kVt/saata bərabər olub. Bu barədə "Azərenerji" ASC -nin bazar ertəsi yayılan məlumatında bildirilir.

Yanvar - sentyabr ərzində istehsal olunan elektrik enerjisinin ümumi həcmindən təqribən 13,7 mlrd. kVt/saat istilik - elektrik stansiyaları, təqribən 2 mlrd. kVt/saat isə, su - elektrik stansiyalarının payına düşüb.

"Azərenerji" tərəfindən sentyabr ərzində 1,4 mlrd. kVt/saatdan çox elektrik enerjisi istehsal olunub. Ötən ay ərzində istehsal olunan elektrik enerjisinin ümumi həcmindən 1,3 mlrd. kVt/saat istilik - elektrik stansiyaları, təqribən 0,2 mlrd. kVt/saat su - elektrik stansiyalarının payına düşüb.

Sentyabr ərzində qonşu ölkələr - Rusiya, İran və Gürcüstan ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.

Xəbər lenti

Xəbər lenti