...

SOCAR Qazaxıstanda nümayəndəliyini açıb

Energetika Materials 8 Oktyabr 2008 12:30 (UTC +04:00)
SOCAR Qazaxıstanda nümayəndəliyini açıb

Qazaxıstan, Almatı, 08 oktyabr / Trend , müxbir K.Konırova/ SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) Xəzər neft nəqli sisteminin (KCTS) yaradılması üzrə məsələlərin operativ həlli üçün Astanada öz nümayəndəliyini açıb.

SOCAR-ın Astanadakı nümayəndəliyinin rəhbəri Vurğun Cəfərov çərşənbə günü Trend -ın xüsusi müxbirinə bildirib ki, SOCAR-ın Qazaxıstandakı nümayəndəliyi Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə ixracına yardım göstərəcək KCTS-nın yaradılması üzrə məsələlərin tezliklə həllinə imkan yaradacaq.

"İşçi qrupun müntəzəm olaraq görüşlərin keçirilməsi üçün daima Bakıdan Astanaya getmələrinə ehtiyac qalmayacaq", - deyə Cəfərov bildirib.

Qazaxıstan 2013-cü ildən sonra "Kaşaqan"dan əldə etdiyi şəxsi neftini ildə 50 mln.ton gücündə olan Bakı-Tbilisi-Cehan neft kəməri ilə nəql etməyi planlaşdırır.

SOCAR Astanada sentyabrın 9-da qeydiyyatdan keçib.

Məqalə müəllifi ilə əlaqə ünvanı- Capital

Xəbər lenti

Xəbər lenti