...

Azərbaycan neftinin qiyməti qalxıb

Energetika Materials 14 Oktyabr 2008 17:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 oktyabr/ Trend ,müxbir A.Bədəlova/ Oktyabrın 13-də CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti $76,77/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən SOCAR-dan çərşənbə axşamı verilən məlumata görə bazar ertəsi neftin qiyməti cümə gününə nisbətən $0,23/barel artıb.

Azeri Light neft növü Azərbaycanın "Azəri - Çıraq - Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı -Tbilisi - Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanlarına çatdırılır.

SOCAR-dan bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtlərilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 13 - də $75,49/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən $0,13/barel çoxdur.

Azərbaycan neftin URAL növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı -Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URAL adı ilə satılır. Bu növ, spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 13-də $70,57/barel təşkil edib və bu əvvəlki qiymətdən $0,29/barel çoxdur.

Şimal dənizindən hasil edilən Brent Dated etalon növlü neftin qiyməti oktyabrın 13-də $74,22/barel təşkil edib , bu da əvvəlki qiymətdən $0,29/barel çoxdur.

Xəbər lenti

Xəbər lenti