...

Yunanıstan qazın alışı ilə bağlı Azərbaycanla müqavilə imzalamaq niyyətindədir: baş nazir

Energetika Materials 17 Fevral 2009 22:29 (UTC +04:00)
Bakı, Azərbaycan, 17 Fevral / Trend / Yunanıstan qazın birbaşa alışı ilə bağlı Azərbaycanla ikitərəfli müqavilə imzalamaq niyyətindədir, deyə çərşəmbə axşamı Afinada Yunanıstanın baş naziri Kostas Karamanlis bildirdi, RİA Novosti xəbər verir. "Yunanıstan tərəfi təbii qazın Azərbaycandan birbaşa idxalı ilə bağlı müqavilə imzalamağa hazırdır," deyə Karamanlis Azərbaycan prezidenti Ilham Əliyevin və Yunanıstanın prezidenti Karolos Pupulyas iştirakı ilə yunan-azərbaycan biznes forumunu açaraq bildirdi. Karamanlis yazılması ehtimal olunan müqavilənin müddətini bildirmədi. O qeyd etdi ki, rəsmi Afina Türkiyə, Yunanıstan və İtaliyanı birləşdirəcək və Avropaya həmçinin Azərbaycan qazını idxal edəcək TYİ qaz boru kəməri layihəsinin reallaşmasında maraqlıdır. Karamanlis Yunan şirkətlərini Azərbaycanda biznes qurmağa çağırıb və qeyd edib ki, prezident İlham Əliyevin Afinaya rəsmi səfəri çərçivəsində tərəflər bir neçə mühüm iqtisadi sazişlər imzalayıb. Yunanıstan və Azərbaycan ikiqat vergilərdən yayınma və texnologiya sahəsində saziş imzalayıblar. Bundan əlavə, tərəflər bərpa oluna bilən enerji mənbələri sahəsində əməkdaşlığa dair protokol imzalayıblar. Yunanıstan, Azərbaycan, İtaliya və Türkiyə TYİ qaz boru kəməri layihəsində iştirak edirlər. Mütəxəssislərinin sözlərinə əsasən, TYİ qaz borusu layihəsi Türkiyəni Qərbi Avropa ilə birləşdirəcək və Avropa Birliyinə qaz nəqlini həyata keçirən beş əsas yoldan biri olacaq. Həmçinin bu layihə İtaliyanı, Yunanıstanı və Türkiyəni Xəzər Dənizi hövzəsindən, Yaxın Şərqdən və Şimali Afrikadan nəql olunan təbii qazın nəhəng tranzitinə çevirəcək.
Xəbər lenti

Xəbər lenti