...

BP "Şahdəniz" yatağında qiymət qazmasını başa çatdırıb

Energetika Materials 8 May 2009 16:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 may / Trend /

"Şahdəniz" layihəsi üzrə tərəfdaşlar layihənin ikinci mərhələsinə dəstək çərçivəsində həyata keçirilən qiymət qazmasını (SDX-05 quyusu) başa çatdırıblar. Bu barədə BP şirkətinin məlumatında bildirilir.

2009-cu ilin yanvarında quyunun ümumi dərinliyi 6559 metrə çatdırılıb. 

Kern götürülüb, kabeldə karotaj yerinə yetirilib və quyuda təzyiq ölçülüb; hazırda əldə olunan məlumatlar təhlil edilir. Quyuda qazma kolonnasına buraxılmış qatyoxlayıcının köməkliyi ilə iki tədqiqat uğurla həyata keçirilib. BP-dən verilən məlumatına görə, hazırda quyu müvəqqəti olaraq bağlanır. 

Quyunun qazmasına 2008-ci ilin iyununda "İstiqlal" qazma qurğusu ilə başlanılıb. Quyu yatağın cənub-şərq hissəsində yerləşir.

Bu quyunun nəticələri "Şahdəniz"in işlənməsi üzrə 2-ci mərhələnin planlaşdırılması zamanı istifadə olunacaq.

"Şahdəniz" yatağının ümumi ehtiyatları 1,2 trln. kubmetr qaz həcmində qiymətləndirilir. Layihənin birinci mərhələsi çərçivəsində ildə 8,6 mlrd. kubmetrdən çox qaz hasil edilməsi nəzərdə tutulur. Layihənin ikinci mərhələsi çərçivəsində bu göstərici ildə 16-20 mlrd. kubmetrədək artırılacaq.

Layihənin işlənməsi üzrə ikinci fazanın reallaşdırılma dəyəri 17-20 mlrd. dollar qiymətləndirilir. Onun reallaşdırılmasına 2014-cü ildən başlanması nəzərdə tutulur.

"Şahdəniz" layihəsində hasilatın pay bölgüsünə dair sazişin iştirakçıları: BP (operator) - 25,5 faiz, Statoil Hydro - 25,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, LukAgip - 10 faiz, TPAO - 9

faiz, SOCAR - 10 faiz.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti