...

ABŞ Avropanın enerji ehtiyatları ilə təchiz edilməsində Azərbaycanın əhəmiyyətli roluna inanır – Dövlət Departamentinin nümayəndəsi

Energetika Materials 16 İyul 2009 11:41 (UTC +04:00)
ABŞ Avropanın enerji ehtiyatları ilə təchiz edilməsində Azərbaycanın əhəmiyyətli roluna inanır – Dövlət Departamentinin nümayəndəsi

ABŞ, Vaşinqton, 16 iyul / Trend , müxbir N.Boqdanova /

ABŞ Avropanın enerji ehtiyatları ilə təchiz edilməsində Azərbaycanın vacib roluna inanır, bu barədə Trend -a Vaşinqtondan ABŞ Dövlət Departamentinin Avrasiyada energetika məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar bildirib.
Ankarada Nabukko üzrə hökumətlərarası müqavilənin imzalanmasına gəldikdə Morninqstar bildirib ki, "bu sənəd Nabukko layihəsi üzrə Azərbaycan da daxil olmaqla, potensial tərəfdaşlar arasında qarşılıqlı inamı möhkəmləndirəcək".
Morninqstar Azərbaycan və Rusiya arasında qaz müqaviləsinin Nabukko layihəsinin həyata keçməsinə mane olacağını düşünmür.
 "Regionda yeni mərhələ başlayır və sağlam rəqabət əsas xüsusiyyətlərdən biridir", - deyə Dövlət Departamentinin xüsusi nümayəndəsi bildirib.
Onun sözlərinə əsasən, Vaşinqton Ankara və Bakı arasında qaz məsələləri üzrə, xüsusilə Türkiyənin Azərbaycandan hansı həcmdə qaz ala biləcəyi məsələsinin həlli üzrə danışıqları gözləyir.
Xüsusi nümayəndə Morninqstar senator Riçard Luqar ilə birlikdə Ankarada bu həftənin əvvəlində Nabukko üzrə müqavilənin imzalanması mərasimində ABŞ-ı təmsil edib.
Dəyəri 7,9 mlrd avro olan "Nabukko" qaz kəməri qazın Xəzər regionundan Aİ ölkələrinə nəqlini nəzərdə tutur. Layihənin iştirakçıları OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.
Qaz kəmərinin tikintisi 2011-ci ilə planlaşdırılıb, qaz kəməri ilə ilk tədarüklər 2014-cü ilə nəzərdə tutulub. Boru kəmərinin maksimal gücü ildə 31 milyard kubmetr qaz təşkil edir.
Hökumətlərarası müqavilənin imzalanmasından sonrakı addım "open season" - boru kəmərinin doldurulması üzrə ərazilərin qəbulu olacaq. Layihə üzrə investisiya qərarı 2010-cu ilin birinci rübündə qəbul ediləcək. 

Xəbər lenti

Xəbər lenti