...

Avqustda Bakı-Tbilisi-Ceyhan kəməri ilə 1,2 milyon barel Qazaxıstan nefti boşaldılacaq

Energetika Materials 16 İyul 2009 14:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyul / Trend /

Tengizchevroil Amerika-Qazaxıstan birgə İB avqustda Türkiyənin Ceyhan limanından 1,2 milyon barel həcmində "Tengiz" yatağından çıxarılan Qazaxıstan neftini boşaldacaq. Bu həcm iyuldakı həcmlə eynilik təşkil edir.

Trend -a Energy Intelligence Group agentliyi tərəfindən təqdim olunmuş boşaltma qrafikinə əsasən, avqustda Ceyhandan iki partiya Tnegiz nefti boşaldılacaq: ilk partiya - 2-4 avqust, ikincisi - 14-16 avqust. Bir müddət əvvəl "Kazmunayqaz"ın başçısı Kairgeldı Kabıldin deyib ki, bu il Azərbaycan ərazisindən təxminən 5 milyon ton Qazaxıstan nefti nəql edilməsi planlaşdırılır.

ABŞ-ın ChevronTexaco şirkəti 2008-ci ildə Bakı-Tbilisi-Ceyhan (ВТС) boru kəməri ilə Tengiz neftinin nəqlinə başlayıb. Razılaşmaya əsasən, neft Qazaxıstanda ВТС və dəmir yolu ilə Gürcüstan limanlarına (Kulevi və Batumi) nəql olunacaq. ChevronTexaco "Tengiz" yatağının operatorudur.

BTC Co-nun səhmdarları aşağıdakılardır: BP (30,1 faiz); AzBTC (25 faiz); Chevron (8,90 faiz ); Statoil (8,71 faiz ); ТРАО (6,53 faiz ); Eni (5 faiz ); Total (5 faiz ); Itochu (3,40 faiz ); Inpex (2,50 faiz ); ConocoPhillips (2,50 faiz ) və Amerada Hess (2,36 faiz ).

Kulevi Gürcüstan Qara dəniz limanı terminalının sahibi Azərbaycan Dövlət Neft Şirkəti, Batumi limanındakı terminalın sahibi isə "Kazmunayqaz"dır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti