...

Azərbaycan neftinin qiyməti: 13-17 iyul həftəsinin yekunları

Energetika Materials 20 İyul 2009 13:26 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti: 13-17 iyul həftəsinin yekunları

Azərbaycan, Bakı, 20 iyul / Trend , müxbir A.Bədəlova /

13-17 iyul həftəsində Azərbaycanın Türkiyənin Ceyhan və Gürcüstanın Batumi limanından satdığı AZERI LT (CIF) neftinin orta qiyməti $62,37/barr. təşkil edib, bu da ötən həftənin orta qiymətindən $0,67/barr çoxdur.

13-17 iyul həftəsində AZERI LT neftinin maksimal qiyməti $65/barr, minimal qiyməti isə $59,6/barr təşkil edib. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

13-17 iyul həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) neftinin orta qiyməti $60,97/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $0,93/barr çoxdur.

13-17 iyul həftəsində URALS neftinin maksimal qiyməti $63,3/barr, minimal qiymət isə $58,38/barr təşkil edib. URALS neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

13-17 iyul həftəsində Brent Dated neftinin orta qiyməti $61,2/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $0,6/barr çoxdur.

Ötən həftə Brent neftinin maksimal qiyməti $63,68/barr, minimal qiymət isə $58,59/barr təşkil edib. Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti