...

Gürcüstanın şərqində 1500 abonent işıqsız qalıb

Energetika Materials 29 İyul 2009 18:20 (UTC +04:00)
Saqarecoda (Şərqi Gürcüstan) 1500 abonent işıqsız qalıb. Rayonda dünənki yağışlı havadan sonra 18 transformator sıradan çıxıb. "Kaxetiyanın enerji distribütorluğu"ndan deyiblər ki, transfarmatorlar güclü yağış və külək nəticəsində sıradan çıxıb.

Gürcüstan, Tbilisi, 29 iyul / Trend , müxbir N.Kirsxaliya /

Saqarecoda (Şərqi Gürcüstan) 1500 abonent işıqsız qalıb. Rayonda dünənki yağışlı havadan sonra 18 transformator sıradan çıxıb. "Kaxetiyanın enerji distribütorluğu"ndan deyiblər ki, transfarmatorlar güclü yağış və külək nəticəsində sıradan çıxıb.

"Hazırda təmir işləri aparılır. Sıradan çıxan transformatorlardan birinin bu gün bərpaolunma ehtimalı yoxdur. Mütəxəssislərin sözlərinə görə, transformator yaxın gələcəkdə təmir olunacaq", - distribütor şirkətinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Janna Didebaşvili deyib.

Onun sözlərinə görə, Saqareco sakinlərinə elektrik enerjisinin verilməsi bu gecə bərpa olunacaq.

Dünənki yağışlı hava nəticəsində elektriklə bağlı problemlər Dedopliskaro, Gürcaani, Kvareli və Laqodexi rayonlarında da baş verib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti