Azərbaycan, Bakı, 06 avqust / Trend , müxbir N.İsmayılova /
Asiya İnkişaf Bankının (AİB) elektrik enerjisinin paylanmasının inkişafına dair investisiya proqramı (Power Distribution Development Investment Program) üzrə missiyası 500 milyon dollar məbləğində multitranş maliyyə proqramı (MFF) çərçivəsində avqustun 7-nə kimi Azərbaycanda səfərdədir, cümə axşamı AİB-in Bakı ofisindən bildirilib.
Bankın ekspertləri, energetika üzrə mütəxəssis Kleo Kavavaki və maliyyə sektoru üzrə aparıcı mütəxəssis Martin Endelmann Bakıda səfərdədir.
İnvestisiya proramı çərçivəsində layihələrin hazırlanması üçün AİB bir milyon dollar vəsait ayırıb. Texniki yardım layihələrin hazırlanmasına, ilk növbədə isə multitranş maliyyə proqramının birinci tranşının alınmasına yönələcək.
İnvestisiya proqramı enerji balansına əlavə edilməsi üçün uzaq və zəif inkişaf etmiş rayonlarda kiçik hidroenergetikanın eksperimental inkişafına həvəsləndirməni; enerji təchizatının etibarlılığının artırılması üçün paylayıcı şəbəkələrin gücləndirilməsini; enerji effektivliyinin artırılılması, paylama və ötürülmə zamanı itkilərin azaldılmasını; yenidən strukturlaşdırma siyasətinə və institusional potensialın artırılmasına dəstəyi nəzərdə tutur.
Ötən ilin noyabr ayında AİB-in vitse-prezidenti Xyu Jaonun (Xiaoyu Zhao) Bakıya səfəri zamanı artıq enerji sahəsində əməkdaşlıq perspektivləri, xüsusilə isə enerji generasiyası, distribuasiya və transmissiya sahəsində layihələrin maliyyələşdirilməsi imkanları müzakirə edilib.
Lakin artıq 2008-ci ildə təsdiq olunmuş və bank tərəfindən ümumi 220 milyon dollardan 160 milyon dollar vəsaitin ayrıldığı Azərbaycanda elektrikötürücü xətlərin reabilitasiya layihəsi MFF-ə daxil olmayacaq. Layihə çərçvəsində Mingəçevir su elektrik stansiyasından Abşeron yarımstansiyasına kimi ikikonturlu 220 kV-lıq elektrik ötürücü xətlərin çəkilməsi planlaşdırılır. Bu zaman 220/110 кV-lıq yarımstansiyaya 110kV-lıq elektrik ötürücü xətlərin qoşulası nəzərdə tutulub.
Hazırda multitranş mexanizmi çərçivəsində AİB tərəfindən nəqliyyat layihələri həyata keçirilir ki, bank onlara ümumilikdə 500 milyon dollar ayırmalıdır və eyni zamanda su sektoru üçün MFF çərçivəsində 600 milyon dolların ayrılması gözlənilir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]