...

ARDNŞ böyük ekoloji layihə çərçivəsində tender elan edəcək

Energetika Materials 17 Avqust 2009 12:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 avqust / Trend , müxbir E.İsmayılov /

İki-üç ay ərzində Azərbaycanda ARDNŞ-in müasir tullantı mərkəzinin yardılması üzrə  texniki-iqtisadi əsaslandırmanın (TİƏ) hazırlanması üçün tender elan olunacaq, bazar ertəsi ARDNŞ-dəki mənbədən bildirilib. 
"Səkkiz-on həftədən sonra keçiriləcək tenderin elan olunmasına kimi hazırlıq işləri həyata keçiriləcək", - mənbədən bildirilib.
Onun sözlərinə əsasən, ARDNŞ və Amerikanın Ticarət və İnkişaf Agentliyi (USTDA) arasında əvvəlcə imzalanan müqavilənin şərtlərinə əsasən, tenderin iştirakçıları yalnız Amerika şirkətləri ola bilər. USTDA TİƏ-nın hazırlanmasında fəal iştirak edəcək ki, bu da şəffaflığın təmin edilməsinə, həmçinin TİƏ-nı hazırlayacaq müvafiq şirkətin seçilməsinə imkan verir.
Mənbənin fikrincə, texniki-iqtisadi əsaslandırma qısa müddətdə hazırlanacaq, belə ki, Amerika şirkətləri bu sahədə böyük təcrübəyə sahibdir. 
 "Yeni mərkəzin gücü və inşası barədə danışmaq yalnız TİƏ-nın hazırlanmsından sonra mümkün olacaq", - o bildirib.
Avqustun 13-də imzalanan 572 068 dollar məbləğindəki qrant müqaviləyə əsasən, ARDNŞ tullantılar üzrə müasir mərkəzin yaradılmasına başlayacaq və bu məqsədlə xarici konsaltinq şirkətləri arasında tender elan edəcək. Bu mərkəzin inşasının texniki-iqtisadi əsaslandırma nəticəsində texniki, iqtisadi və maliyyə aspektləri müəyyən ediləcək və realizənin alternativ yollarının aşkar edilməsi məqsədilə müxtəlif təkliflər əldə olunacaq.
 "Şirkət bir sılra iqtisadi layihələr, həmçinin torpaqların və sənaye sularının təmizlənməsi üzrə layihələr həyata keçirir, şirkətin bu səbəbdən ölkənin neft-qaz hasilatı sənayesi zamanı meydana çıxan sənaye tullantılarının emal ediləcəyi, toplanılacağı və yox ediləcəyi yeni tullantı mərkəzinə ehtiyacı var", - Rövnəq Abdullayev bildirib.
Hazırda ARDNŞ-in nəzdində 1985-ci ildən fəaliyyət göstərən tullantı mərkəzi mövcuddur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti