...

İran Prezidenti neft ixracını azaltmağı təklif edib

Energetika Materials 31 Avqust 2009 17:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 avqust / Trend /

İran Prezidenti Mahmud Əhmədinejad neft ixracının azaldılmasını və ona strateji məhsul kimi baxılmasını təklif edib. İranın Prezident Aparatının rəsmi saytı xəbər verir.

"İndiyə kimi biz neftə dövlət büdcəsinin təmin edilməsi üçün vasitə kimi baxmışıq. İndi isə biz baxışlarımızı dəyişməliyik və sözügedən məhsula strateji əhəmiyyətli məhsul kimi baxmalıyıq", - Əhmədinejad bazar ertəsi yeni Nazirlər Kabinetinin proqramları haqqında danışaraq parlamentdə bəyan edib.

"Biz neft sənayesində yalnız bir tərəfə doğru addım atmalıyıq və neftin ixrac qiymətini azaltmalıyıq. Biz neft və qaz emal etməli, həmçinin bu sektoru inkişaf etdirməliyik. Ölkənin şəhər və kəndlərini qaz ilə təchiz etməliyik. Bu məqsədə nail olmaq üçün biz neft məhsullarını strateji xammal kimi qəbul etməliyik", - İran Prezidenti bildirib.

Xəbər lenti

Xəbər lenti