Azərbaycan, Bakı, 10 sentyabr / Trend , müxbir E.İsmayılova /
Yanvar-avqust aylarında "Azəriqaz" İstehsalat Birliyi yanında "Bakqaz" (Bakıda qazın paylanması və satışı) idarəsi tərəfindən Bakı şəhərinin qaz sisteminə 1,7 milyard kubmetrdən çox məişət qazı verilib, bu barədə idarədəki mənbədən bildirilib. "Azəriqaz" ARDNŞ-in tərkibinə daxildir.
Mənbənin bildirdiyi kimi, avqustda paytaxtın qaz sisteminə təxminən 104 milyon kubmetr qaz verilib, bu göstərici iyul ayında təxminən 109 milyon kubmetr təşkil edib. İyunda bu göstərici 114 milyon kubmetrdən çox təşkil edib, may ayında isə qaz sisteminə təxminən 141 milyon kubmetr qaz verilib.
"Əlverişli hava şəraiti səbəbindən paytaxtda sutkalıq qaz istehlakı sabit qalır və təxminən 3,4 milyon kubmetr təşkil edir", - mənbədən bildirilib.
Ötən ildə İB Bakının qaz sisteminə təxminən 2,45 milyard kubmetr qaz verib.
2008-ci ildə İB şəhərin qaz sisteminə qaz verilməsinin mövsümi rejimindən (yay və qış mövsümü) tamailə imtina edib. Bundan sonra verilən qazın həcmini istehlakçıların tələbatı müəyyənləşdirib. Mövsümi rejimin tətbiqi əhalinin əksəriyyətində sayğacın yoxluğu ilə əlaqədar olub, bunun nəticəsində əhali qazdan səmərəsiz istifadə edib. Hazırda sayağclarla Bakı qaz sistemi abonentlərinin 100 faizi təmin olunub. Əvvəllər yay mövsümündə qazın sutkalıq verilişi 3-4 milyon kubmetr təşkil edib. Qış mövsümündə isə bu rəqəm 10-13 milyon kubmetr olub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]