...

ARDNŞ Gürcüstana qaz tədarükünü artırıb

Energetika Materials 18 Sentyabr 2009 13:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 sentyabr / Trend /

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) yanvar-avqustda Gürcüstana təxminən 645,5 milyon kubmetr qaz ixrac edib. 2008-ci ilin yanvar-avqustunda bu rəqəm 167 milyon kubmetr olub. Bu barədə ARDNŞ-in məlumatında deyilir.

Avqustda ARDNŞ Gürcüstana təxminən 54 milyon kubmetr qaz ixrac edib.

Gürcüstana qaz tədarükü 2008-ci ilin aprelində başlayıb. Ümumilikdə 2008-ci ildə təxminən 788,93 milyon kubmetr qaz ixrac edilib.

Bir müddət əvvəl "Azəriqaz" QSC (ölkənin bütün regionları üzrə qazın paylanması və satışı) Azərbaycan qazının Gürcüstana tədarükünün artırılması layihəsi çərçivəsində Ağdaşda (qərb regionu) qaz kompressor stansiyasının bərpası üzrə işləri başa çatdırıb. Gürcüstana qaz tədarükü Qazı-Məhəmməd - Gürcüstan sərhədi qaz kəməri ilə həyata keçirilir. Boru kəməri ilə qaz nəqlinin artırılması məqsədilə maksimal nəql təzyiqinin hazırkı 10 atmosferdən 20 atmosferədək qaldırılması planlaşdırılır.

Ötən ilin noyabrında Azərbaycanla Gürcüstan arasında müqavilə imzalanıb. Müqavilə 2009-cu ildən başlayaraq sonrakı beş il ərzində Gürcüstanın qaz bazarında ARDNŞ-in fəaliyyətinin fəallaşdırılması imkanlarını nəzərdə tutur. Memoranduma əsasən, ARDNŞ layihənin realizəsi üçün Gürcüstan hökumətinin müəyyənləşdirdiyi qaz istehlakçıları qruplarını (sosial qruplar) təmin edəcək törəmə müəssisə yaradır.

Xəbər lenti

Xəbər lenti