Azərbaycan, Bakı, 23 sentyabr / Trend , müxbir E.İsmayılov /
"Azərbaycanda atom enerjisindən istifadə etmək tezdir, çünki ölkənin neft və qaz ehtiyatları var", - çərşənbə günü Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev deyib.
"Atom enerjisindən istifadə istiqamətində işləmək, tədqiqatlar aparmaq və irəli getmək lazımdır. Lakin Azərbaycanda bu enerjidən istifadə etmək hələ ki, tezdir", - Əliyev deyib.
Nazirin sözlərinə görə, atom enerjisi sahəsində təhlükəsizliyə 100 faiz təminat vermək olmaz. Bu sahənin inkişafı üçün xarici ölkələrdən zəruri avadanlıqlar əldə etmək , bu avadanlıqların quraşdırılması və servisini təşkil etmək lazımdır ki, bu da öz növbəsində başqa dövlətlərdən asılılığa gətirib çıxaracaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]