...

ARDNŞ yanvar-sentyabr aylarında elektrik enerjisinin istehsalı üçün 3,3 milyard kubmetr qaz ötürüb

Energetika Materials 17 Oktyabr 2009 11:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr / Trend /

Yanvar-sentyabr aylarında"Azərenerji" səhmdar cəmiyyətinə yanacaq qismində istifadə edilməsi üçün təxminən 3,3 milyard kubmetr qaz verilib, bu göstərici ötən ilin analoji dövründə 3,5 milyard kubmetr təşkil edib. Bu barədə "Azərenerji"yə qaz tədarükünü həyata keçirən ARDNŞ-in məlumatında deyilir.

Sentyabrda "Azərenerji"yə 274,6 milyon kubmetr qaz verilib.

2008-ci ildə "Azərenerji"yə təxminən beş milyard kubmetr qaz ötürülüb. 2007-ci ildə bu göstərici 3,4 milyard kubmetr təşkil edib.

Xəbər lenti

Xəbər lenti