...

Azərbaycan neftinin qiyməti noyabrın 13-də azalıb

Energetika Materials 16 Noyabr 2009 11:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 noyabr / Trend , müxbir E.İsmayılov /

Noyabrın 13-də CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti $77,09 /barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dan (Azərbaycan Dövlət Neft Şirkəti) bazar ertəsi verilən məlumata görə, cümə günü neftin qiyməti cümə axşamına nisbətən $0,18 /barel azalıb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanlarına çatdırılır.

ARDNŞ-dan bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtlərilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 13-də $76,26 /barel təşkil edib və bu, əvvəlki qiymətdən $0,18 /barel azdır.

Azərbaycan neftin URALS növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URALS adı ilə satılır. Bu növ, spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 13-də $73,55 /barel təşkil edib və bu, əvvəlki qiymətə bərabərdir.

Şimal dənizindən hasil edilən Brent Dated etalon növlü neftin qiyməti noyabrın 13-də $75,09 /barel təşkil edib. Bu, əvvəlki qiymətdən $0,16 /barel azdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti