...

Gələcək ləngimələr "Cənub Dəhlizi" üçün imkanlar pəncərəsinin bağlanmasına gətirib çıxara bilər – Riçard Morninqstar

Energetika Materials 29 Yanvar 2010 13:52 (UTC +04:00)

ABŞ, Vaşinqton, 28 yanvar / Trend , müxbir N.Boqdanova/

ABŞ-ın Avrasiyada enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar cümə axşamı Vaşinqtonda jurnalistlərlə görüşdə Türkiyə və Azərbaycan arasında "Şahdəniz" yatağından qaz tədarükü şərtlərinə dair müqavilənin olmamasını məyusedici bir hal adlandırıb.

"Hər iki dövlət ABŞ-ın dostudur və hazırkı danışıqlarda biz onların heç biri tərəfindən çıxış etmirik. Lakin gələcək ciddi ləngimələr "Cənub Dəhlizi" üçün imkanlar pəncərəsinin bağlanmasına gətirə bilər", - Morninqstar Trend -ın müxbirinin sualına cavab verərək deyib.

Morninqstarın sözlərinə görə, ABŞ Xəzər regionundan Avropaya qaz çatdırmaq üçün yeni dəhlizin tikilməsi ideasını dəstəkləyir.

"Cənub enerji dəhlizi" "Nabukko" layihəsini və Türkiyə, İtaliya və Yunanıstan arasındakı qaz kəmərlərini birləşdirə bilər. Bütün bu istiqamətlər qaz resurslarının diversifikasiyası və Avropaya yeni enerji yolunun açılması üçün strateji nöqteyi-nəzərdən mümkündür. "Cənub enerji dəhlizi" Qafqaz və Mərkəzi Asiya ölkələrinə kommersiya gəlirləri gətirəcək, həmçinin Avropanın maraqları ilə qarşılıqlı əsasda uzunmüddətli tərəfdaşlıq yaradacaq", - o deyib.

Onun sözlərinə görə, Vaşinqtonun diqqəti iki istiqamətə yönəlib. "Şahdəniz" yatağına dair Türkiyə və Azərbaycan arasında müqavilə, Mərkəzi Asiya və Yaxın Şərq ölkələri tərəfindən layihənin qazla təmin edilməsi.

"Lakin "Cənub dəhlizi" konsepsiyasının həyata keçirilməsində əsas üstünlüklər əldə edəcək ölkələr qazın nəqli şərtləri üzrə kommersiya nöqteyi-nəzərindən məqsədəuyğun və qarşılıqlı mənfəətli razlılaşma əldə etməsələr, həmin konsepsiya həyatqabiliyyətli olmayacaq", - Riçard Morninqstar deyib.

Morninqstar İraq hökumətinin "Nabukko" layihəsinə göstərdiyi marağı alqışlayıb. O, həmçinin Türkmənistan rəhbərliyini həmin layihəyə "qaz tədarükünü artırmağa" çağırıb.

Eyni zamanda Amerikalı xüsusi nümayəndə İranın "Cənub dəhlizi" layihəsində iştirakının bütün imkanlarını istisna edib.

"Bizim mövqeyimiz dəyişməyib. İran rəhbərliyinin hazırkı davranışı ilə bağlı olaraq, bütün dünya cəmiyyətləri İranın nüvə problemini həll etməyə dair qüvvə sərf etdiyi bir vaxtda biz "Cənub dəhlizi" layihəsində İran üçün yer görmürük", - o vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti