...

ARDNŞ Gürcüstana qaz tədarükünü artırıb

Energetika Materials 29 Yanvar 2010 19:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 yanvar / Trend , müxbir E.İsmayılov/

ARDNŞ-nin Gürcüstan bazarındakı fəaliyyəti çərçivəsində hazırda Gürcüstana sutkada 2,5 milyon kubmetr qaz tədarük olunur. Bu barədə cümə günü neft-qaz bazarındakı mənbə bildirib. Yanvarın 13-nə olan məlumata görə, bu göstərici 2,3 milyon kubmetr təşkil edib.

"Hazırda qərb istiqamətində 2,5 milyon kubmetr qaz nəql edilir", - mənbə deyib.

ARDNŞ Gürcüstana qaz tədarükünü Azərbaycanın Qazax rayonunda iki ölkəni birləşdirən boru kəməri vasitəsilə həyata keçirir. Bu boru kəməri vasitəsilə qazın vurulma gücü ildə 3 milyard kubmetrə yaxın təşkil edir.

2008-ci ilin noyabr ayında Azərbaycan və Gürcüstan arasında ARDNŞ-nin 2009-cu ildən başlayaraq növbəti 5 il ərzində Gürcüstan bazarında fəaliyyətini aktivləşdirmək imkanı yaradan saziş imzalanıb. Memaronduma əsasən, ARDNŞ layihənin reallaşması üçün SOCAR Georgia Gas törəmə müəssisəsini yaradıb.

Həmçinin, 2008-cil il dekabrın 26-da ARDNŞ və Gürcüstan hökuməti 30 qazpaylayıcı təsərrüfat və qazpaylayıcı şəbəkənin istifadəyə verilməsi barədə müqavilə imzalayıb. Bu şəbəkələr Gürcüstanın Kaxeti, Msxeta-Mtianeti, Şido və Kvemo-Kartli, Acarıstan, Quriya, İmeretiya, Sameqrelo kimi regionlarını əhatə edir. Bu şəbəkələr 24 şirkət tərəfindən istismar olunur.

SOCAR Energy Georgia-dakı mənbə daha əvvəllər demişdi ki, 2009-cu ildə ARDNŞ Gürcüstan bazarına ümumilikdə 302 milyon kubmetr sosial qaz və 140 milyon kubmetrə yaxın kommersiya qazı verib.

Xəbər lenti

Xəbər lenti