...

ARDNŞ Tbilisidə yeni yanacaqdoldurma stansiyalarının açılışına hazırlaşır

Energetika Materials 10 Aprel 2010 14:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir E.İsmayılov/

SOCAR Energy Georgia aprelin sonuna kimi Gürcüstanda ARDNŞ brendi altında daha dörd yanacaqdoldurma stansiyasının (YDS) istismara verilməsini planlaşdırır. Bu barədə ARDNŞ-nin Gürcüstanda törəmə müəssisəsi olan SOCAR Energy Georgia-dakı mənbə bildirib.

"Yeni yanacaqdoldurma stansiyalarının açılışı aprelin sonuna gözlənilir. Dəqiq iki stansiya istismara veriləcək, ancaq ola bilsin ki, onların sayı 4-ə çatdırılsın", - mənbə bildirib.

Onun sözlərinə görə, aprelin sonunda Tbilisidə iki yanacaqdoldurma stansiyası dəqiq istismara veriləcək. Gürcüstanın qərbində yerləşən Kutaisi rayonundakı digər iki stansiyanın inşası ayın sonuna kimi başa çatarsa, onlar da istismara veriləcək.

Mənbənin əvvəl bildirdiyinə görə, yazın sonuna kimi Gürcüstanda ARDNŞ brendi altında daha 7-8 yanacaqdoldurma stansiyasının açılması planlaşdırılır. Hazırda onların sayı 32 ədəd təşkil edir.

SOCAR Energy Georgia Gürcüstanın neft və neft məhsulları bazarında marketinq və distribüterliklə məşğul olur. Xüsusilə də şirkət Gürcüstan bazarına neft məhsulları və qaz verir.

SOCAR Energy Georgia-nın həmtəsisçiləri aşağıdakılardır: ARDNŞ (51%), Petro-Trans FZCO (32,7%) və Vano Çxartişvilidir (16,3%).

Xəbər lenti

Xəbər lenti