...

ARDNŞ Azərbaycanda öz brendi altında ilk YDS-in istismara veriləcəyi tarixi açıqlayıb

Energetika Materials 24 Aprel 2010 12:57 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) mayın 7-də Bakıda ilk üç yanacaqdoldurma stansiyasını istismara verəcək. Bu barədə şənbə günü ARDNŞ pezidenti Rövnəq Abdullayev bildirib.
ARDNŞ Azərbaycanda öz brendi altında ilk YDS-in istismara veriləcəyi tarixi açıqlayıb

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) mayın 7-də Bakıda ilk üç yanacaqdoldurma stansiyasını (YDS) istismara verəcək. Bu barədə şənbə günü ARDNŞ pezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, ilin sonunadək ARDNŞ-nin brendi altında daha 9 YDS istismara veriləcək.

Hazırda ARDNŞ Gürcüstanda 30-dan çox yanacaqdoldurma stansiyası tikərək istismara verib. Bu il daha 30 stansiyanın istismara verilməsi planlaşdırılır.

Şirkət Ukraynanın pərakəndə neft məhsulları bazarında da fəaliyyətini genişləndirir. Hazırda ARDNŞ bu ölkədə 20-yə yaxın YDS-in rebrendiqini keçirir. Həmin stansiyalarda neft məhsullarının satışına mayda başlanması gözlənilir.

Xəbər lenti

Xəbər lenti