...

ARDNŞ bir neçə quru yataqların tədqiqatını yekunlaşdırır

Energetika Materials 21 May 2010 16:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir E.İsmayılov/

İyunda ARDNŞ Zərdab, Şıxbağı və Şərqi Şıxbağı quru sahələrində ikiölçülü geofizik tədqiqat işlərinin (2D) aparılmasının yekunları barədə hesabatın hazırlanması yekunlaşdıracaq. Bunu cümə günü ARDNŞ-dəki mənbə bildirib. Hesabat 2D tədqiqatları nəticəsində alınan məlumatların işlənməsi və interpretasiyası əsasında hazırlanır.

"İyunda hesabatın hazırlanmasına dair işlər və onun müdafiəsi yekunlaşacaq. Bundan sonra hesabat sifarişçiyə təqdim olunacaq", - mənbə deyib.

İşlərin aparılmasında əsas məqsəd geoloji quruluşun dəqiqləşdirilməsi və tədqiq olunan sahələrin neft və qaz verici olmasının proqnozlaşdırılmasıdır.

Layihənin sifarişçisi ARDNŞ-nin "Azneft" İstehsalat Birliyidir.

Azərbaycanda 59 neft-qaz yatağı var, onlardan 18-i dənizdə və qalanları quruda yerləşir.

Xəbər lenti

Xəbər lenti