...

Çin neft-qaz korporasiyası Türkmənistanda geofiziki tədqiqatlar və servis xidmətlərinə tender elan edib

Energetika Materials 3 İyun 2010 14:04 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 3 iyun /Trend, müxbir H.Həsənov/

Beynəlxalq Çin milli neft-qaz korporasiyası Türkmənistanın neft quyularında geofiziki tədqiqatlar aparmaq üzrə tender elan edib.

Ərizələrin son verilmə tarixi 2010-cu il 12 iyun, yerli vaxtla saat 15:00-a qədərdir.

Bununla yanaşı, 2010-2011-ci illərdə müqavilədə göstərilmiş Baqtıyarlıq ərazisində (Türkmənistanın şərqi) quyuların təmiri və buna müvafiq xidmətlərin göstərilməsi üzrə tender elan edilib.

Ərizələrin son verilmə tarixi 2010-cu il 5 iyun, yerli vaxtla saat 15:00-a qədərdir.

Sözügedən tenderdə iştirak etməkdə maraqlı olan istənilən şirkət aşağıda göstərilən məlumatlar və sənədlərlə iştirak üçün ərizə verə bilərlər:

- şirkət haqqında qısa məlumat;

- şirkətin qeydiyyat sənədi və səlahiyyətli şəxsin icazəsi;

- istehsal olunan məhsul standartları;

- son üç il ərzində analoji məhsulların tədarükü haqqında sənəd.

Xəbər lenti

Xəbər lenti