...

"İnterqaz Mərkəzi Asiya" SC qaz nəqlini 11% artırıb

Energetika Materials 26 İyul 2010 12:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir S.Süleymanov/

İlin birinci yarısında "İnterqaz Mərkəzi Asiya" SC-nin magistral qaz kəməri ilə nəql etdiyi qazın ümumi həcmləri 51,683 milyard kubmetr təşkil edib. Bu barədə şirkətin mətbuat xidmətinin məlumatında deyilir.

"İlin birinci yarısında "İnterqaz Mərkəzi Asiya" SC-nin magistral qaz kəməri ilə nəql etdiyi qazın ümumi həcmləri 51,683 milyard kubmetr, o cümlədən, nəqlin daxili həcmi 4,647 milyard kubmetr, beynəlxalq qaz nəqli 41,234 milyard kubmetr, ixrac daşımalarının həcmi isə 5,801 milyard kubmetr təşkil edib", - məlumatda deyilir.

Məlumata görə, 2009-cu ilin analoji dövürü ilə müqayisədə ümumi həcm 111 faiz təşkil edib. 2010-cu il üzrə planda ötən il olduğu kimi, 94 milyard kubmetr nəzərdə tutulub.

"2010-cu ilin birinci yarısında "İnterqaz Mərkəzi Asiya" SC-nin öz vəsaitləri hesabına kapital qoyuluşları 9 654,9 milyon tenge ($1- 147, 7), eləcə də istehsal - 8 525,7 milyon tenge təşkil edib. 2009-cu ilin analoji dövrü ilə müqayisədə artım 4 070,6 milyon tenge və ya 72 faiz olub", - məlumatda deyilir.

Şirkətin məlumatına görə, 2010-cu ildə "İnterqaz Mərkəzi Asiya" SC-nin öz vəsaitləri hesabına kapital qoyuluşlarının həcmi 40 112, 3 milyon tenge məbləğində nəzərdə tutulub.

"İnterqaz Mərkəzi Asiya" SC 1997-ci ilin iyununda yaradılıb. Şirkət onun konsessiyasına verilən Qazaxıstanın qaz nəqliyyat sisteminin idarəçiliyini bilavasitə həyata keçirir və "Kaztransqaz" SC ("Kazmunayqaz" MŞ SC-nin törəməsi) şirkətlər qrupuna daxildir. Struktur ölkədə illik buraxılış qabiliyyəti 190 milyard kubmetr qaz olan, uzunluğu 11 min kilometrdən artıq nəqliyyat qaz kəmərlərinin əsas şəbəkəsinə nəzarət edir.

Xəbər lenti

Xəbər lenti