...

Azərbaycan həmişə çox etibarlı tranzit ölkə olub – ABŞ-ın xüsusi elçisi Riçard Morninqstar

Energetika Materials 28 İyul 2010 13:44 (UTC +04:00)
Azərbaycan həmişə çox etibarlı tranzit ölkə olub. Bu barədə ABŞ-ın Avrasiya regionunda energetika məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstar çərşənbə günü Astanada bəyan edib.
Azərbaycan həmişə çox etibarlı tranzit ölkə olub – ABŞ-ın xüsusi elçisi Riçard Morninqstar

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir S.Süleymanov/

Azərbaycan həmişə çox etibarlı tranzit ölkə olub. Bu barədə ABŞ-ın Avrasiya regionunda energetika məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstar çərşənbə günü Astanada bəyan edib.

"Azərbaycan həmişə çox etibarlı tranzit ölkə olub və gələcəkdə də belə olacağına ümid edirəm", - Morninqstar bildirib.

"Tengiz" yatağından hasil edilən qazax neftinin "Bakı-Tbilisi-Ceyhan" (BTC) neft kəməri ilə nəqlinin davam etdirilməsinə kömək məsələsinə toxunan ABŞ-ın xüsusi elçisi bildirib ki, "Chevron" "Tengiz" neftinin BTC ilə tranzitinin dirçəldilməsi məsələsində yardım göstərilməsi ilə bağlı müraciət etməyib.

"ABŞ həmişə Bakı-Tbilisi-Ceyhan layihəsinə dəstək göstərib və mən dövlət qulluğunda olduğum illərdə bu prosesə çox fəal cəlb edilmişəm. Və biz [ABŞ] qazax neftinin BTC ilə nəqli imkanlarını dəstəkləmişik, lakin Xəzər regionundan yeni neft həcmlərinin ixracı üçün XBKK və Qazaxıstan neftinin nəqlinin "Transxəzər" sistemi layihələrinin genişləndirilməsinin də tərəfdarı olçuşuq", - Morninqstar bildirib.

İlin əvvəlindən "Tengizşevroyl" (operatoru "Chevron") şirkəti tariflərin artması ilə əlaqədar Qazaxıstanın "Tengiz" yatağından neftin Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə nəqlini dayandırıb. Əvvəllər neft kəməri ilə göndərilən həcmlər indi Bakıdan dəmir yolu vasitəsilə Gürcüstanın Qara dənizdəki Batumi və Kulevi limanlarına göndərilir.

Xəbər lenti

Xəbər lenti