...

Yanvar-iyulda "Azərenerji" ARDNŞ-dən 2 milyard kubmetrdən çox qaz alıb

Energetika Materials 18 Avqust 2010 15:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 avqust /Trend/

Yanvar-iyul aylarında yanacaq qismində istifadə üçün "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinə (Azərbaycanda ən iri elektrik enerjisi istehsalçısı) 2,22 milyard kubmetr qaz verilib. Bu göstərici 2009-cu ilin yanvar-iyul aylarında 2,8 milyard kubmetr olub. Bu barədə "Azərenerji"yə qaz tədarük edən ARDNŞ-in məlumatında deyilir.

İyulda "Azərenerji"yə 316 milyon kubmetr qaz ötürülüb. Ötən ilin analoji dövründə bu göstərici 334,2 milyon kubmetrə yaxın olub.

2009-cu ildə "Azərenerji"yə 4,32 milyard kubmetr qaz verilmişdi. Bu göstərici 2008-ci ildə 4,95, 2007-ci ildə isə 3,4 milyard kubmetr qaz təşkil etmişdi.

Xəbər lenti

Xəbər lenti