...

ARDNŞ-in Kulevi terminalı "Yeni İpək Yolu" layihəsi iştirakçılarını qəbul edib

Energetika Materials 31 Avqust 2010 14:55 (UTC +04:00)
Avqustun 27-də ARDNŞ-in Kulevi terminalı Gürcüstanda "Yeni İpək Yolu - Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa qaz Odisseyi" layihəsi iştirakçılarını qəbul edib". Bu barədə terminalın rəsmi internet-saytında yerlşədirilən məlumatında deyilir.
ARDNŞ-in Kulevi terminalı "Yeni İpək Yolu" layihəsi iştirakçılarını qəbul edib

Azərbaycan, Bakı, 31 avqust /Trend/

Avqustun 27-də ARDNŞ-in Kulevi terminalı Gürcüstanda "Yeni İpək Yolu - Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa qaz Odisseyi" layihəsi iştirakçılarını qəbul edib". Bu barədə terminalın rəsmi internet-saytında yerlşədirilən məlumatında deyilir.

Məlumatda deyildiyinə görə, terminal rəhbərliyi ilə görüşdən sonra, şirkətin fəaliyyəti ilə daha yaxından tanış olmaq üçün qonaqlar terminal üzrə ekskursiya ediblər.

Bu layihənin məqsədi qaz konteyneri ilə birlikdə Azərbaycan qazının Avropa bazarlarına tədarük marşrutunu keçmək üçün birləşən Amerika, Azərbaycan, Gürcüstan və Türkiyə tələbələrindən ibarət qrupu İstanbula çatdırmaqdır.

İştirakçıların nümayəndə heyətinə layihənin ideya müəllifi, Montana (ABŞ) Universitetinin professoru Tomas Qols (jurnalist, "Azərbaycan gündəliyi" və "Gürcüstan gündəliyi" kitablarının müəllifi, "Montanada muğam" filminin və "Bakı-Tbilisi-Ceyhan - 2000 neft Odisseyi" layihəsinin müəllifi) başçılıq edir.

Xəbər lenti

Xəbər lenti