...

"Palmali" şirkətlər qrupunun iri gəmilərindən biri ilk reysinə çıxıb (FOTO)

Energetika Materials 15 Sentyabr 2010 18:41 (UTC +04:00)
"Palmali" şirkətlər qrupunun iri gəmilərindən biri - "Abşeron" çərşənbə günü Yaponiyanın "Tsuneishi" gəmiqayırma tərsanəsindən özünün ilk reysinə yola düşüb.
"Palmali" şirkətlər qrupunun iri gəmilərindən biri ilk reysinə çıxıb (FOTO)

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

"Palmali" şirkətlər qrupunun iri gəmilərindən biri - "Abşeron" çərşənbə günü Yaponiyanın "Tsuneishi" gəmiqayırma tərsanəsindən özünün ilk reysinə yola düşüb. Bu barədə çərşənbə günü şirkətdən verilən məlumatda deyilir. "Abşeron" Hindistanın Sikka limanında qazoy ilə yüklənəcək və Qərbi Avropa limanlarından birinə yola düşəcək.

Sentyabrın 14-də suya buraxılan gəminin uzunluğu 243,3 metr, eni 42 metr, dedveydi isə 107 507 tondur.

"Palmali" şirkətlər qrupu və "Tsuneishi Shipbuilding Company" tərsanəsi mayın 26-da hər birinin dedveyti 107 400 ton olan "Aframaks" tipli iki tankerin alınması barədə memorandum imzalayıblar. İyulda tankerlərdən biri olan "Şahdəniz" artıq reysə düşüb. Tanker Qara və Aralıq dənizlərindən neft və neft məhsullarının daşınması üzrə uzunmüddətli müqavilələrin təminatı üçün alınıb.

"Palmali" Aralıq, Xəzər və Qara dəniz hövzələrində yüklərin daşınmasında ixtisaslaşıb. Şirkət Rusiyanın cənubundakı çaylarda neft və neft məhsullarının ən iri daşıyıcısıdır. Bu ilin sonunadək "Palmali" dedveyti 300 min ton olan VLCC tipli və dedveyti 165 min ton olan "Suesmaks" tipli gəmi almağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti