Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir E.İsmayılov/
Azərbaycan neftinin Belarusa "svop" tədarükü çərçivəsində nəqli 2011-ci ilin yanvarından başlayacaq. Bu barədə bazar ertəsi ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) rəhbəri Rövnəq Abdullayev deyib.
Belarusa neft tədarükü xammalın Qara dəniz sahilinə çatdırılmasını və bu həcmlərin Belarus və Venesuelanın birgə müəssisəsi "Petrolero BeloVenezolana"nın hasil etdiyi Venesuela yüngül nefti ilə əvəz edilməsini nəzərdə tutur.
Abdullayevin sözlərinə görə, bu layihənin iki müsbət cəhəti var. Birincisi, logistik məsələdə üstünlükdür ki, bu da neftin uzaq məsafələrə nəqlinin zəruriliyini aradan qaldırmağa imkan verir. İkincisi, ARDNŞ-nin Azərbaycanın Azeri Light növlü nefti ilə yanaşı, şirkətin əsasən ABŞ bazarında satmaq niyyətində olduğu Venesuela neftini də satmaq imkanı yaranır.
Abdullayevin qeyd etdiyi kimi, tərəflər arasında əldə olunan razılıq ildə beş milyona qədər neftin tədarükünü nəzərdə tutur.
Bundan əvvəl Belarus Neft Şirkəti (BNŞ) və "Socar Trading" Belarusa Venesuela nefti əvəzinə Azərbaycan neftinin tədarükünə dair müqavilə imzalayıblar.