...

Azərbaycan Kremençuq NEZ-ə neft tədarükünü artırıb

Energetika Materials 13 Yanvar 2011 19:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir E.İsmayılov/

2010-cu ildə Azərbaycan Ukraynanın neft emalı zavodlarına 1,6 milyon tondan çox neft tədarük edib ki, bu da 2009-cu ilin göstəricisindən 7,9 faiz çoxdur. Bu barədə cümə axşamı RBK xəbər verib.

Ukrayna NEZ-lərinə tədarük edilən bütün Azərbaycan nefti Kremençuq neft emalı zavoduna çatdırılıb. Bu NEZ-ə Azərbaycan neftinin tədarükü keçən il 26,9 faiz artaraq 3,4 milyon ton olub. Bu dövrdə həmin zavoda Ukrayna neftinin tədarükündə azalmalar müşahidə olunub. 2010-cu ildə NEZ-ə təxminən 1,8 milyon ton Ukrayna nefti tədarük edilib, halbuki Azərbaycan neftinin tədarükü əvvəlki illə müqayisədə iki dəfə artaraq 1,6 milyon tondan çox olub.

Kremençuq NEZ-ə Azərbaycan neftinin tədarükləri 2009-cu ildə başlayıb və Azeri Light növlü neftin boru kəmərləri ilə çatdırıldığı Qara və Aralıq dənizlərindəki limanlardan tender əsasında həyata keçirilir.

Bundan əvvəl zavoddan dedikləri kimi, NEZ-də Azərbaycan neftindən istifadə duru neft məhsullarının çıxışına müsbət təsir göstərib.

Həmçinin, 2010-cu ildə Ukrayna NEZ-ə Qazaxıstan da neft tədarükünü artırıb. İlin yekunlarına görə, Ukrayna NEZ-lərinə 56 min ton Qazaxstan nefti tədarük edilib ki, bu da 2009-cu ilin göstəricisindən 536,8 faiz çoxdur. Bununla yanaşı, 2010-cu ildə Ukrayna NEZ-lərinə Rusiya neftinin tədarük həcminin azalması müşahidə oluub. Keçən il Ukraynanın emal müəssisələrinə 5,95 ton Rusiya nefti tədarük edilib ki, bu da 2009-cu ilin göstəricisindən 7 faiz azdır. 2010-cu ildə Ukrayna NEZ-lərinə neft tədarükü 2009-cu illə müqayisədə 2,7 faiz artaraq 9,9 milyon tonu ötüb.

Xəbər lenti

Xəbər lenti