...

ARDNŞ Azərbaycanın qaz anbarlarından qaz alınmasını artırıb

Energetika Materials 14 Fevral 2011 14:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) tərəfindən mövsümün əvvəlindən Azərbaycanın iki yeraltı qaz anbarından 951 milyon kubmetrdən artıq qaz götürülüb. Bu barədə bazar ertəsi neft-qaz bazarındakı mənbə bildirib.

Azərbaycanda iki - Qaradağ və Qalmaz yeraltı qaz anbarları mövcuddur.

Mənbənin sözlərinə görə, hazırda qaz anbarlarında 2,11milyard kubmetrə yaxın qaz qalıb.

Fevralın 14-nə olan məlumata görə, hazırda ARDNŞ Azərbaycanın qaza olan tələbatını ödəmək üçün sutka ərzində yanvarın 18-dəki 19,6milyon kubmetrdən artıq qaza qarşı 21 milyon kubmetr qaz götürür.

Qazdoldurma mövsümünün yekunlarına görə, Azərbaycanın yeraltı qaz anbarlarında ehtiyat qazın həcmi 3,05 milyard kubmetr təşkil edir. Anbarlarda olan qazın ümumi həcmindən 1,13 milyard kubmetr ötən ildən qalıb.

Xəbər lenti

Xəbər lenti