...

ABŞ "Nabukko" və ITGI-nin birləşdirilməsini dəstəkləyir

Energetika Materials 17 Fevral 2011 20:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir A.Axundov/

ABŞ Xəzər və Yaxın Şərq regionundan Aİ ölkələrinə qaz nəql edəcək "Nabukko" layihəsinin ITGI (Türkiyə-Yunanıstan-İtaliya) boru kəməri layihəsi ilə birləşdirilməsini dəsətəkləyir. Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin Avrasiya regionunda energetika məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar cümə axşamı Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldızla Ankarada görüşdən sonra mətbuat konfransında deyib.

Nazir Yıldızın sözlərinə görə, istənilən halda, Türkiyə Avropanın enerji təhlükəsizliyinin təmini üzrə səy göstərəcək. Bu barədə "Anadolu" informasiya agentliyi məlumat verir.

"Hazırda bu layihələrin birləşdirilməsi məsələsi ilə bağlı müxtəlif fikirlər mövcuddur, lakin istənilən halda, onların birləşib-birləşməməyindən və ya ayrıca işləmələrindən asıllı olamayaraq, Türkiyə Avropanın enerji təhlükəsizliyinin təmini üzrə səylər göstərəcək", - nazir qeyd edib.

Bu həftə KİV İtaliyanın "Edison" şirkətinin icraçı direktoru Roberto Potinin sözlərinə istinadən "Nabukko" və ITGI boru kəmərlərinin birləşməsi mümkünlüyü barədə məlumat yayıb.

Onun fikrincə, bu, Avropanın qaza olan ehtiyacının ödənilməsi üçün kifayət edəcək. "Edison" şirkəti "Cənub dəhlizi" layihəsi çərçivəsində həyata keçirilən, Xəzər və Yaxın Şərq regionundan qazın Avropa İttifaqı ölkələrinə nəqlni nəzərdə tutan ITGI layihəsinin səhmdarlarından biridir.
Cümə axşamı "Nabukko" konsorsiumunun verdiyi məlumata görə, layihə Xəzər, Yaxın Şərq regionları və Avropa arasında əsas əlaqələndirici vasitə olacaq ayrıca boru kəməri kimi hazırlanır və ITGI boru kəməri ilə birləşmə barədə danışıqlar aparılmır.

"Nabukko" və ITGI arasında hansısa potensial əməkdaşlıq haqqında müzakirələr aparılmır, eyni zamanda, konsorsium çərçivəsində danışıqlar aparılmayıb", - bəyanatda deyilir.

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" qaz kəmərinin səhmdarları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin BOTAŞ və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Qaz kəmərinin çəkilişi 2012-ci ilə təyin edilib. İlk tədarüklərə 2015-ci ildə start veriləcək. Boru kəmərinin maksimal gücü ildə 31 milyard kubmetr qaz təşkil edəcək.

ITGI nəqliyyat dəhlizi özündə yenilənmiş boru kəməri infrastrukturunu, həmçinin ITG və IGI layihələrini ehtiva edir. Yunanıstan-İtaliya birləşdirici boru kəməri (IGI) Türkiyə-Yunanıstan-İtaliya nəqliyyat dəhlizinin (ITG) çatışmayan bəndidir. Yunanıstan-İtaliya boru kəmərinin hazırlanması və tikintisi üçün "Edison" və "Depa" şirkətləri tərəfindən "Poseidon" adı ilə məşhur olan "IGI Poseidon S.A" yaradılıb.

Yıldızın sözlərinə görə, Morninqstarla görüşdə regionun və bütün dünyanın enerji sektorunda baş verən son hadisələr, o cümlədən Avropaya İraq və Azərbaycandan enerji tədarükü və regiondakı boru kəməri layihələri müzakirə edilib.

Morninqstarın sözlərinə görə, həm Türkiyə, həm də ABŞ İraqın şimal hissəsindən neft ixracı məsələsi üzrə danışıqların uğurla başa çatacağına ümid edir.

Xəbər lenti

Xəbər lenti