...

Amerika şirkətinin nümayəndələri "Azərikimya" İB-nin müəssisələrinə baş çəkəcəklər

Energetika Materials 1 Mart 2011 14:30 (UTC +04:00)
Yaxın günlərdə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) tullantıların utilizasiyası üzrə mərkəzinin texniki iqtisadi əsaslandırmasının (TİƏ) hazırlanması çərçivəsində Amerikanın MI-LLC şirkətinin nümayəndələri "Azərikimya" İstehsalat Birliyinin (İB) balansında olan Etilen-polietilen zavoduna baş çəkəcəklər.
Amerika şirkətinin nümayəndələri "Azərikimya" İB-nin müəssisələrinə baş çəkəcəklər

Azərbaycan, Bakı, 1 mart /Trend/

Yaxın günlərdə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) tullantıların utilizasiyası üzrə mərkəzinin texniki iqtisadi əsaslandırmasının (TİƏ) hazırlanması çərçivəsində Amerikanın MI-LLC şirkətinin nümayəndələri "Azərikimya" İstehsalat Birliyinin (İB) balansında olan Etilen-polietilen zavoduna baş çəkəcəklər. Trend-in məluamtıan görə, bu barədə çərşənbə axşamı ARDNŞ-nin Ekologiya İdarəsinin məlumatında deyilir.

"Azərikimya" İB-nin tullantılarının idarə olunmasının da bur mərkəz tərəfindən həyata keçirilməsi nəzərdə tutulub. İB bu layihəyə mərkəzin yenidən qurulması üzrə TİƏ hazırlanması ilə bağlı işlərə başlandıqdan sonra qoşulub.

Məlumatda deyildiyi kimi, tərəflər artıq Amerika şirkəti tərəfindən Ekologiya İdarəsinə sənədin Azərbaycan dilində variantını təqdim ediləcəyi və idarənin işçiləri üçün üçgünlük təlimlərin keçiriləcəyi müddəti müəyyən ediblər.

"MI-LLC" şirkəti ilə ARDNŞ arasında tullantıların utilizasiyası üzrə mərkəzin yenidən qurulması üçün TİƏ hazırlanması üzrə müqavilə ötən il mayın 20-də imzalanıb. TİƏ hazırlanması çərçivəsində ARDNŞ-in müəssisələrinin fəaliyyəti nəticəsində yaranan tullantıların həcmindən asılı olaraq müvafiq emal texnologiyalarının seçiminə də baxılıb.

İşlər ARDNŞ-lə Amerikanın Ticarət və İnkişaf Agentliyi (USTDA) arasında imzalanan 572 min dollar həcmində qrant sazişi çərçivəsində həyata keçirilir. Saziş ötən il avqustun 13 -də imzalanıb.

Xəbər lenti

Xəbər lenti