...

2010-cu ildə Səngəçal neft terminalından 325 milyon barelə yaxın neft ixrac olunub

Energetika Materials 4 Mart 2011 15:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 mart /Trend/

2010-cu ildə BP şirkətinin Səngəçal neft terminalından 324,4 milyon barelə yaxın neft ixrac olunub. Bu barədə şirkətin 2010-cu ilin yekunlarına dair hesabatında deyilir.

İxrac olunan neftin ümumi həcmindən 285,65 milyon barel Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, 29,6 milyon barel Bakı-Supsa neft kəmərinin və 9,3 milyon barel isə Gürcüstanın Qara dənizdəki limanları istiqamətində dəmiryolla ixrac olunub.

BTC-nin səhmdarları BP (30,1 faiz), AzBTC (25 faiz), "Chevron" ( 8,90 faiz), "Statoil" (8,71 faiz), TPAO (6,53 faiz), "Eni" (5 faiz), "Total" (5 faiz), "Itochu" (3,40 faiz), "Inpex" (2,50 faiz), "ConocoPhilips" (2,50 faiz) və "Hess" (2,36 faiz) şirkətləridir.

Boru kəmərinin nəqletmə gücü sutkada 1,2 milyon barel təşkil edir.

Bakı-Supsa neft kəməri ilə "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasil olunan yüngül Azərbaycan neftinin ixracı həyata keçirilir. Bakı-Supsa boru kəmərinin operatoru BP şirkətidir.

Dəmiryolla Bakı-Tbilisi-Ceyhan neft kəmərinin səhmdarları olmayan "Azəri-Çıraq-Günəşli" layihəsinin iştirakçılarının, eləcə də "Exxon" şirkətinin nefti ixrac edilir.

Xəbər lenti

Xəbər lenti