Azərbaycan, Bakı, 15 aprel /Trend/
Yanvar-martda ARDNŞ Azərbaycan əhalisinə 759 milyon kubmetr qaz tədarük edib. Bu göstərici 2010-cu ilin yanvar-martında 698,6 milyon kubmetr olub. Bu barədə cümə günü Trend-ə ARDNŞ-dən məlumat verilib.
Martda əhaliyə 255,4 milyon kubmetr qaz verilib. Ötən ilin mart ayında bu göstərici 200,8 milyon kubmetr olub.
2010-cu ildə ARDNŞ Azərbaycan əhalisinə 1,7 milyard kubmetrə yaxın qaz tədarük edib.
Yanvar-martda sənaye müəssisələrinə 325,9 milyon kubmetr qaz göndərilib. Bu göstərici ötən ilin yanvar-martında 268,9 milyon kubmetr olub.
Ötən il sənaye müəssisələrinə şirkət tərəfindən 956,7 milyon kubmetr qaz göndərilib.
Yanvar-martda kommunal büdcə müəssisələrinə 116,9 milyon kubmetr qaz verilib. Bu göstərici 2010-cu ilin yanvar-martında 120,7 milyon kubmetr olub.
Ötən il kommunal büdcə müəssisələrinə 208,2 milyon kubmetr qaz verilib.
Cari ilin yanvar-martında ARDNŞ tərəfindən "Naxçıvanqaz" İB-yə 103,2 milyon kubmetr qaz verilib.
Əvvəllər ölkə daxilində bütün qaz əməliyyatlarını "Azəriqaz" QSC həyata keçirirdi. 2009-cu ilin iyununda "Azəriqaz" QSC İB qismində ARDNŞ-nin tərkibinə daxil edilib.