...

Azərbaycan qazının Türkiyə vasitəsilə tranziti üzrə saziş yaxın vaxtlarda imzalanacaq - BOTAŞ

Energetika Materials 19 Aprel 2011 14:37 (UTC +04:00)
Azərbaycan qazının Türkiyə ərazisi vasitəsilə Avropaya tranziti üzrə saziş yaxın vaxtlarda imzalanacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Bakıda jurnalistlərə Türkiyənin BOTAŞ boru kəməri şirkətinin strategiya və biznesin inkişafı üzrə meneceri Levent Özgül məlumat verib.
Azərbaycan qazının Türkiyə vasitəsilə tranziti üzrə saziş yaxın vaxtlarda imzalanacaq - BOTAŞ

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir A.Bədəlova/

Azərbaycan qazının Türkiyə ərazisi vasitəsilə Avropaya tranziti üzrə saziş yaxın vaxtlarda imzalanacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Bakıda jurnalistlərə Türkiyənin BOTAŞ boru kəməri şirkətinin strategiya və biznesin inkişafı üzrə meneceri Levent Özgül məlumat verib.

"Biz hökumətlərarası saziş üzrə danışıqlara apreldə başlamışıq və 2011-ci ilin ikinci rübündə başa çatdıracağıq", - Özgül deyib.

Onun sözlərinə görə, BOTAŞ artıq Yunanıstana qaz tədarükünə dair hüququ ARDNŞ-yə (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) verib. Bundan əvvəl Türkiyəyə tədarük olunan Azərbaycan qazı Yunanıstana təkrar ixrac olunurdu.

"750 milyon kubmetr qaz tədarükünə dair müqavilə ARDNŞ-yə verilib. Tezliklə üçtərəfli sazişin imzalanacağı da gözlənilir", - Özgül bildirib .

Azərbaycan öz qazının Türkiyə ərazisi vasitəsilə Avropaya tranziti haqqında saziş imzalamaq fikrindədir ki, bu da "Cənub qaz dəhlıizi" layihələrinin reallaşdırılması üçün inkanlar açır.

Enerji tədarükünün mənbə və marşrutlarını diversifikasiya edəcək və bununla da Aİ-nin enerji təhlükəsizliyini artıracaq "Cənub dəhlizi" layihəsi Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir. "Cənub dəhlizi" layihəsinə aiddir: "Nabukko" qaz kəməri, Transadriatik qaz kəməri (TAP), "Ağ axın", ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri).

Xəbər lenti

Xəbər lenti