...

Yanvar-martda Azərbaycanda enerji layihələri üzrə tərəfdaşlar podrat və sifarişlərə 250 milyon dollar xərcləyiblər

Energetika Materials 18 May 2011 16:22 (UTC +04:00)
Yanvar-martda Böyük Britaniyanın BP şirkətinin operatoru olduğu layihələr çərçivəsində podrat və sifarişlər üçün xərclər 287 milyon dollar təşkil edib.
Yanvar-martda Azərbaycanda enerji layihələri üzrə tərəfdaşlar podrat və sifarişlərə 250 milyon dollar xərcləyiblər

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir E.İsmayılov/

Yanvar-martda Böyük Britaniyanın BP şirkətinin operatoru olduğu layihələr çərçivəsində podrat və sifarişlər üçün xərclər 287 milyon dollar təşkil edib. Trend-in məlumatına görə, bu barədə BP-nin birinci rübün yekunları üzrə hesabatında deyilir.

Ötən il BP-nin Azərbaycanda podrat və sifarişlər üçün xərcləri 1,03 milyard dollara yaxın olub. Bu göstərici 2009-cu ildə 982 milyon dollar təşkil edib.

Yanvar-martda kiçik və orta müəssisələrin (cəmi 135) podratına xərclər 56 milyon dollar, dövlət şirkətlərinin (19) - 7 milyon dollar, yerli tərəfdaşı olan birgə müəssisələrin (16) - 98 milyon dollar təşkil edib. Ötən il ölkə daxilində xarici podratçıların xərcləri 126 milyon dollar olub.

İl ərzində sosial məsuliyyət çərçivəsində layihələrə 0,87 milyon dollar xərclənib. Azərbaycanın yataqlar bloku "Azəri-Çıraq-Günəşli"nin işlənməsi layihəsi çərçivəsində xərclər 0,22 milyon dollar, "Şahdəniz"in - 0,09 milyon dollar, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərlərinin - 0,5 milyon dollar təşkil edib. BP özünün sosial məsuliyyət layihələri çərçivəsində 0,06 milyon dollar xərcləyib.

Xəbər lenti

Xəbər lenti