...

Qazaxıstan-Azərbaycan enerji alyansına Avropa ölkələri də qoşulur - Timur Kulibayev

Energetika Materials 27 May 2011 15:01 (UTC +04:00)
MDB dövlətlərinin Qazaxıstan-Azərbaycan kimi enerji alyansına digər Avropa ölkələri də qoşulur. Bunu cümə axşamı "Samruk-Kazına" Milli Rifah Fondunun rəhbəri Timur Kulibayev bildirib. Trend-in məlumatına görə, xəbəri "KazEnergy" SC-nin mətbuat xidməti yayıb.
Qazaxıstan-Azərbaycan enerji alyansına Avropa ölkələri də qoşulur - Timur Kulibayev

Qazaxıstan, Astana, 27 may /Trend, müxbir A.Maratov/

MDB dövlətlərinin Qazaxıstan-Azərbaycan kimi enerji alyansına digər Avropa ölkələri də qoşulur. Bunu cümə axşamı "Samruk-Kazına" Milli Rifah Fondunun rəhbəri Timur Kulibayev bildirib. Trend-in məlumatına görə, xəbəri "KazEnergy" SC-nin mətbuat xidməti yayıb.

"Məsələn, Rumıniya qazax və Xəzər neftini, sıxılmış Azərbaycan qazını əldə etmək istəyir və artıq bura nəhəng "Rompetrol" şirkətinin müəssisəsinin alınması vasitəsilə Qazaxıstanın neft məhsullarının istehsalı və satışı üçün xarici bazaya çevrilib", - Timur Kulibayev bu günlərdə Parisdə keçirilən XI MDB neft-qaz samitində çıxış edərkən bildirib.

O, öz çıxışında buna misallar gətirərək MDB ölkələrinin yerdə qalan enerji dünyası ilə qarşılıqlı əlaqələrini üç tendensiyaya ayırıb.

"Bu, dövlətlərimizin Birlik daxilində öz ixrac səyləri və planlarını reallaşdırmaq üçün tərəfdaşların geniş seçiminin olmasıdır. Aydındır ki, ötən onillikdə formalaşan bu proses hazırda dövlətlərimizin neft-qaz əməkdaşlığı üçün əsas olacaq", - Kulibayev hesab edir.

Onun fikrincə, MDB-də artıq enerji ixracatçılarının özünəməxsus sosial şəbəkəsi yaranıb, o, liderlər və tərəfdaşlardan asılı olan "şaquli" tipli alyansları keçmişə göndərib.

"Bu, həm də artan potensiala və neft-qaz istehsalına malik ölkələr infrastrukturun və dünyanın bizə məxsus hissəsindən ixrac siyasətinin özünün formalaşmasına da getdikcə daha böyük təsir göstərəcək", - "Samruk-Kazına" MRF-nin rəhbəri bildirib.

O hesab edir ki, koordinatların bu sistemi hər hansı Birlik ölkəsinin qlobal bazarda indiki və gələcək vəziyyətini kifayət qədər dəqiq müəyyən etməyə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti