...

Bir neçə rayonun qaz təchizatında fasilələr yaranacaq

Energetika Materials 28 İyul 2011 20:09 (UTC +04:00)
Cari təmir işləri ilə əlaqədar olaraq iyulun 29-da saat 09:00-dan "Qazıməmməd-Qazax" magistral qaz kəmərində qazın təchizatı dayandırılacaq.
Bir neçə rayonun qaz təchizatında fasilələr yaranacaq

Azərbaycan, Bakı, 28 iyul /Trend/

Cari təmir işləri ilə əlaqədar olaraq iyulun 29-da saat 09:00-dan "Qazıməmməd-Qazax" magistral qaz kəmərində qazın təchizatı dayandırılacaq.

ARDNŞ-dən Trend-ə verilən məlumata görə, təmir işləri aparılan müddətdə Füzuli, Beyləqan, Ağcabədi, Tərtər, Bərdə, Ağdam, Yevlax, Goranboy rayonları daxil olmaqla ətraf kənd və qəsəbələrdə, həmçinin Naftalan şəhərində mavi yanacağın verilişində fasilələr yaranacaq.

Xəbər lenti

Xəbər lenti