...

İlin I yarısında "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan 140 milyon barel neft hasil olunub

Energetika Materials 22 Avqust 2011 15:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir E.İsmayılov/

İlin birinci yarısında Britaniyanın BP şirkəti "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan 19 milyon ton (140,4 milyon barel) neft hasil edib. Trend-in məlumatına görə, bu barədə BP-nin ilin birinci yarısı üzrə rəsmi hesabatında deyilir.

Yanvar-iyunda bu yataqlar blokunda orta sutkalıq hasilat 785,7 min barel təşkil edib.

2010-cu ildə BP AÇG-dən 2009-cu ildəki 40,3 milyon tondan çox neftə qarşı 40,6 milyon ton (300,4 milyon barel) neft hasil edib.

Hesabatda deyildiyi kimi, ilin birinci yarısında layihə çərçivəsində əməliyyat xərclərinin həcmi 325,3 milyon dollar, əsaslı xərclər isə 874,9 milyon dollar təşkil edib.

Bu il AÇG üzrə əməliyyat xərcləri 628 milyon dollar, əsaslı xərclər isə 1,998 milyard dollar səviyyəsində planlaşdırılır.

Ötən il AÇG layihəsi üzrə istismar xərcləri 426 milyon dollar, əsaslı xərclər isə 1,648 milyard dollar təşkil edib.

"Azəri-Çıraq-Günəşli" yataqlar blokunda hasilatın pay bölgüsü barədə saziş 1994-cü ildə imzalanıb. Layihənin iştirakçıları aşağıdakılardır: BP (operator - 35,83 faiz iştirak payı), "Chevron" (11,27 faiz), AzACG (11,6 faiz), INPEX (10,96 faiz), "Statoil" (8,56 faiz), "Exxon" (8 faiz), TPAO (6,75 faiz), "Itochu" (4,3 faiz), "Hess" (2,72 faiz).

Xəbər lenti

Xəbər lenti