...

ARDNŞ Rumıniyada YDM işə salıb

Energetika Materials 14 Sentyabr 2011 14:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir E.İsmayılov/

ARDNŞ Rumıniyada sınaq rejimində üç yanacaq doldurma məntəqəsini işə salıb. Bu barədə Trend-ə çərşənbə günü ARDNŞ-nin yüksəkvəzifəli şəxsi bildirib.

"Bu layihə üzrə işlər davam edir. Üç YDM sınaq rejimində işə salınıb", - mənbə deyib.

Bundan əvvəl ARDNŞ həmin ölkədə 14 YDM alıb. Bu məntəqələr ölkənin şimal-şərqində Moldova sərhədi yaxınlığında yerləşir.

Həmçinin ARDNŞ bundan əvvəl Rumıniyada öz əmtəə nişanı ilə 300 YDM açmaq niyyətini bildirib. Hazırda şirkətin Azərbaycan, Gürcüstan və Ukraynada YDM-ləri var.

Xəbər lenti

Xəbər lenti