Azərbaycan, Bakı, 5 noyabr /Trend müxbir E.İsmayılov/
"Bakıelektrikşəbəkə" SC Qurban bayramı və Bayraq Günü ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib. Bu barədə şənbə günü Trend-ə SC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
Onun sözlərinə görə, SC-nin bütün idarələri sutkalıq növbətçilik rejiminə keçiblər. Bütün mümkün problemlərin aradan qaldırılması üçün maşınlar və mexanizmlər hazırlanıb, işçilər səfərbər edilib.
119 - "qaynar xətt" də işləyəcək.