...

ARDNŞ yeraltı qaz anbarlarında quyuların qazılmasını davam etdirir

Energetika Materials 14 Noyabr 2011 18:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir E.İsmayılov/

Bu ilin qazın vurulması mövsümünün yekunu üzrə Azərbaycanın yeraltı qaz anbarlarında qazın həcmi təxminən 3,25 milyard kubmetr təşkil edib. Ötən ilin qaz vurulması mövsümünün yekunu üzrə isə bu göstərici 3,05 milyard kubmetr olub. Bu barədə bazar ertəsi Trend-ə ARDNŞ-dəki mənbə deyib.

Azərbaycanın iki yeraltı qaz anbarı var. Bunlar "Qaradağ" və "Qalmaz" qaz anbarlarıdır.

Mənbə bildirib ki, bu il ARDNŞ yeraltı qaz anbarlarına 3,5 milyard kubmetr qaz vurmağı planlaşdırsa da, hava şəraitinin kəskin pisləşməsi və tələbatın artımı ilə əlaqədar olaraq qazın vurulması vaxtından əvvəl dayandırılıb.

Onun sözlərinə görə, istehlakçıların tələbatını ödəmək üçün yeraltı qaz anbarlarından qazın alınması artıq başlanıb və yeraltı qaz anbarlarında qazın həcmi 3,1 milyard kubmetrdən bir az çoxdur.

Mənbə onu da deyib ki, ilin sonuna qədər hər iki qaz anbarında köhnə quyuların təmiri, yenilərinin isə qazılması üzrə işlər davam etdiriləcək. Bu işlər vurulan qazın həcminin artırılması məqsədi ilə görülür.

Xəbər lenti

Xəbər lenti