...

Bakının enerji operatoru elektrik enerjisinin alışını artırıb

Energetika Materials 23 Aprel 2012 11:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel / Trend, müxbir E.İsmayılov/

Yanvar-martda "Bakıelektrikşəbəkə" ASC (Bakıda elektrik enerjisinin satışı və paylanması) "Azərenerji" ASC-dən (Azərbaycan regionlarında elektrik enerjisinin istehsalı və paylanması) 2,6 milyard kilovat-saata yaxın elektrik enerjisi alıb. Bu göstərici 2011-ci ilin müvafiq dövründə 2,35 milyon kilovat-saat olub. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi SC-nin saytında yerləşdirilmiş hesabatda deyilir.

Hesabata görə, martda "Bakıelektrikşəbəkə" ASC "Azərenerji" ASC-dən təxminən 842 milyon kilovat-saat elektrik enerjisi alıb. Bu göstərici 2011-ci ilin martında 794,4 milyon kilovat-saata yaxın olub.

2011-ci ildə "Bakıelektrikşəbəkə" ASC "Azərenerji" ASC-dən 8,21 milyard kilovat saat elektrik enerjisi alıb. 2010-ci ildə bu göstərici 7,92 milyard kilovat saat olub.

Yanvar-martda "Azərenerji"dən alınan elektrik enerjisinə görə yanvarda "Bakıelekrikşəbəkə"nin ödənişlərinin həcmi 89,43 faiz təşkil edib. Bu göstərici 2010-cu ilin müvafiq dövründə 83,6 faiz olub.

2011-cu ildə tədarük edilən elektrik enerjisinə görə ödənişlər orta hesabla təxminən 92,2 faiz təşkil edib. 2010-cu ildə isə bu rəqəm 96,2 faiz olub.

Xəbər lenti

Xəbər lenti