...

Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 1 429 257-yə çatıb

Energetika Materials 7 Sentyabr 2012 17:47 (UTC +04:00)
Cari ilin 1 sentyabr tarixi üçün ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 429 257-yə (o cümlədən 1 411 724 əhali, 17 533 qeyri-əhali abonenti) çatıb.
Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 1 429 257-yə çatıb

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

Cari ilin 1 sentyabr tarixi üçün ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 429 257-yə (o cümlədən 1 411 724 əhali, 17 533 qeyri-əhali abonenti) çatıb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu abonentlərin 645 264-ü Bakı şəhəri (635 884 əhali, 9 380 qeyri-əhali abonenti), 783 993-ü isə regionların payına düşür (775 840 əhali, 8 153 qeyri-əhali abonenti).

Ümumilikdə 1 428 112 abonent sayğaclaşdırılıb ki, bu rəqəmin də 1 410 579-u əhali (99,9 faiz), 17 533-ü qeyri-əhali (100 faiz) istehlakçılarıdır.

Sayğaclaşdırmanın nisbətinə gəlincə, bu sahədə vəziyyət aşağıdakı kimidir: Bakı şəhəri üzrə 635 254 əhali abonenti (99,9 faiz), 9 380 qeyri-əhali abonenti (100 faiz), regionlar üzrə isə 775 325 əhali abonenti (99,9 faiz) və 8 153 qeyri-əhali abonenti (100 faiz).

Ümumilikdə Bakı şəhəri üzrə 644 634 abonent (99,9 faiz), regionlar üzrə isə 783 478 abonent (99,9 faiz) sayğaclaşdırılıb.

İndiyədək əhali abonentlərinin mənzillərində 440 mindən artıq "smart-kart" sayğacları (GULF və İTRON tipli) quraşdırılıb.

Xəbər lenti

Xəbər lenti