...

"Azərikimya" İB-nin əmək veteranları və işdə fərqlənən kimyaçılar mükafatlandırıldılar (FOTO)

Energetika Materials 19 Sentyabr 2012 20:31 (UTC +04:00)
"Azərikimya" İstehsalat Birliyinin akt zalında bütün müəssisə və idarə nümayəndələrinin iştirakı ilə Neftçilər Günü münasibətilə geniş tədbir keçirilib.
"Azərikimya" İB-nin əmək veteranları və işdə fərqlənən kimyaçılar mükafatlandırıldılar (FOTO)

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

"Azərikimya" İstehsalat Birliyinin akt zalında bütün müəssisə və idarə nümayəndələrinin iştirakı ilə Neftçilər Günü münasibətilə geniş tədbir keçirilib.

Tədbirdə "Azərikimya" İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev və digər çıxış edənlər xalqımızın ümummilli lideri, dünya şöhrətli siyasətçi Heydər Əliyevin yaradıcısı olduğu neft strategiyasının ölkəmiz üçün və beynəlxalq əhəmiyyətindən danışıb və Neftçilər Gününün öz tarixi başlanğıcını məhz 1994-cü ilin 20 sentyabrından - dahi rəhbərin təşəbbüsü ilə "Əsrin müqaviləsi"nin imzalandığı tarixi gündən götürüldüyünü xüsusi olaraq vurğulayıblar.

Tədbirdə qeyd olunub ki, ulu öndərin daxili və xarici siyasətini uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyevin həm respublikamızda, həm də beynəlxalq aləmdə enerji təhlükəsizliyinin təmin olunmasında, irimiqyaslı beynəlxalq layihələrin həyata keçirilməsində müstəsna xidmətləri sayəsində ölkəmizin iqtisadi gücü və qüdrəti ildən-ilə artmaqdadır və Azərbaycan regionun lider dövlətinə çevrilməkdədir.

Çıxışlarda qeyd edilib ki, neft strategiyasının həyata keçirilməsinin, ölkə neftçilərinin fədakar əməyinin bəhrəsi olaraq son illərdə respublikamız yalnız neft sektorunda deyil, həm də qeyri-neft sektorunda böyük nailiyyətlər əldə edib. Bütün bunların sayəsində isə respublikada, onun bütün regionlarında geniş vüsətlə quruculuq və abadlıq işləri aparılır, xalqımızın yaşayış səviyyəsi yüksəlir, maddi rifahı və güzəranı yaxşılaşır.

Tədbirdə ölkə iqtisadiyyatının güclənməsində neft-kimya sənayesinin, "Azərikimya" İB kollektivinin də mühüm xidmətləri qeyd olunaraq bildirilib ki, son iki il yarım ərzində Birliyin müəssisə və idarələrində aparılan yeniləşmə, müasirləşmə işlərində həm veteranların, həm də gənc kimyaçıların böyük əməyi var.

Təsadüfi deyil ki, bayram tədbirində Birliyin Etilen-polietilen, "Üzvi sintez", Mexaniki-təmir zavodlarının, Təmir-tikinti, Nəqliyyat və Xüsusi Texnika idarələrinin uzun illər neft-kimya istehsalatında fədakarlıqla çalışaraq böyük əmək nailiyyətləri qazandıqlarına, neft-kimya sənayesinin inkişafına mühüm töhfələr verdiklərinə görə Azərbaycan Respublikasının "Əmək veteranı" adına layiq görülmüş 21 nəfər veteran kimyaçı qiymətli hədiyyələrlə təltif ediliblər.

Birliyin 5 nəfər qabaqcıl işçisi Azərbaycan Dövlət Neft Şirkətinin, 26 nəfər isə "Azərikimya" İB-nin fəxri fərmanlarına layiq görülüb və onların hər birinə pul mükafatları təqdim edilib.

Etilen-polietilen zavodunun növbə rəisi Elşən Hüseynov isə "İlin ən yaxşı kimyaçısı" nominasiyası üzrə qalib elan edilib.

Xəbər lenti

Xəbər lenti