...

Sənaye və Energetika Nazirliyində türkiyəli jurnalistlərlə görüş keçirilib

Energetika Materials 24 Sentyabr 2012 18:35 (UTC +04:00)
Türkiyə jurnalistlərindən ibarət nümayəndə heyəti Xəzər Strateji Araşdırmalar İnstitutunun dəvəti əsasında Bakıdadır. Bu barədə bazar ertəsi Trend-ə nazirliyin mətbuat xidmətinin rəhbəri Azər Mənsimli bildirib.
Sənaye və Energetika Nazirliyində türkiyəli jurnalistlərlə görüş keçirilib

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir E.İsmayılov/

Sənaye və energetika naziri Natiq Əliyev bu gün Bakıda Türkiyə KİV nümayəndələrini qəbul edib.

Türkiyə jurnalistlərindən ibarət nümayəndə heyəti Xəzər Strateji Araşdırmalar İnstitutunun dəvəti əsasında Bakıdadır. Bu barədə bazar ertəsi Trend-ə nazirliyin mətbuat xidmətinin rəhbəri Azər Mənsimli bildirib.

Nazirlə görüşdə Türkiyənin qabaqcıl KİV nümayəndələri iştirak ediblər.

Görüşdə enerji, sənaye sahələrində Azərbaycan-Türkiyə əməkdaşlığı məsələləri, Trans Anadolu qaz kəməri (TANAP) layihəsi, habelə gələcək neft-kimya layihələri müzakirə edilib.

Nazir türkiyəli jurnalistlərin suallarını cavablandırıb.

Xəbər lenti

Xəbər lenti